Türkiyədə koronavirusa növbəti rekord yoluxma

3 Dekabr 2020 21:54 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 187 nəfər dünyasını dəyişib, 6511 simptomatik olmaqla 32381 pasiyent COVİD xəstəsi kimi qeydiyyata alınıb.

AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 14,316-a, yoluxanların sayı isə 520,167-yə çatıb.

Ümumilikdə 19 milyondan çox insan test olunub.