“Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır”

4 Dekabr 2020 11:00 (UTC+04:00)

Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Fransa Milli Assambleyasının “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsinə münasibət bildirib.

AzNews.az xəbər verir ki, səfir bu barədə "Twitter" hesabında yazıb.

“Düşünürəm ki, indiyə kimi bir şey hamıya çox aydın olmalıdır: Fransa hökuməti parlamentinin müstəqilliyini tanıyır. Qarabağın müstəqilliyini tanımır”, - deyə Z. Qross bildirib.