İlham Əliyev: "Şəhidlərimizi ehtiramla yad edirik!"

4 Dekabr 2020 11:15 (UTC+04:00)

Prezident İlham Əliyev Vətən müharibəsində şəhid olanlarla bağlı "Facebook" hesabında paylaşım edib.

AzNews.az xəbər verir ki, paylaşımda xarıbülbül ikonası fonunda "Şəhidlərimizi ehtiramla yad edirik!" cümləsi yer alıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin dekabrın 3-də imzaladığı sərəncama əsasən, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad ediləcək.

pic.twitter.com/UTseeNdUwK

— İlham Əliyev (@azpresident) December 4, 2020