Azərbaycan və Latviya XİN başçıları arasında telefon danışığı olub

4 Dekabr 2020 16:45 (UTC+04:00)

Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Latviyanın xarici işlər naziri Edqars Rinkeviç ilə telefon danışığı olub.

Bu barədə AzNews.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər bölgədə mövcud olan son vəziyyət, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər həmçinin ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərdən bəhs edib və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Eyni zamanda telefon danışığı zamanı Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramında iştirakla bağlı məsələlər nəzərdən keçirilib.

Tərəflər habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.