Şəhidlərimizlə bağlı həştəq “Twitter”də trend oldu

4 Dekabr 2020 22:26 (UTC+04:00)

Bu gün Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür.

AzNews.az xəbər verir ki, bununla bağlı Tvitterdə #VictoriousAzerbaijanHeroes həştəqi ilə paylaşımlar edilib.

Tvitter istifadəçiləri öz ətrafında olan, tanıdıqları şəhidlərimizin şəkilərini, onlar haqqında qısa məlumat paylaşıblar. Bir istifadəçi azı 10 şəhid barədə paylaşım edib. Bundan başqa, hər twitter istifadəçisi azı 10 şəhid fotosunu bəyənərək retweet edib.

Bu həştəq saat 12:00-dan sonra dünyada lider olub. Ümumilikdə sözügedən həştəqlə 178 min paylaşım edilib.