Türkiyədə koronavirusa yoluxanların sayı artdı

4 Dekabr 2020 22:43 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 193 nəfər dünyasını dəyişib, 6903 simptomatik olmaqla 32736 pasiyent COVİD xəstəsi kimi qeydiyyata alınıb.

AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 14,509-a, yoluxanların sayı isə 527,070-ə çatıb.

Ümumilikdə 19 milyondan çox insan test olunub.