Çində 18 mədənçi həlak oldu

5 Dekabr 2020 10:43 (UTC+04:00)

Çinin cənubi-qərbində yerləşən Çuntsin şəhərində kömür mədənində azı 18 mədənçi karbon monoksidi ilə zəhərlənmə nəticəsində həlak olub.

AzNews.az bildirir ki, bu barədə “Global Times” qəzeti xəbər verib.

Məlumata görə, bir mədənçini xilas etmək mümkün olub.