Gürcüstanda yoluxma sayında yeni rekord

5 Dekabr 2020 14:10 (UTC+04:00)

Gürcüstanda son sutka ərzində koronavirusa gündəlik yoluxma sayında daha bir rekord yaşanıb.

AzNews.az xəbər verir ki, son 24 saatda 5450 nəfərdə “COVID-19” aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxma halı 158 min 154-ə çatıb.

Ölkədə xəstəlikdən 1462 nəfər (son sutkada 37) vəfat edib. 2 306 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə sağalanların sayı isə 129 min 210-dur.