“Qarabağ”-“Qəbələ” oyunu təxirə salındı

5 Dekabr 2020 16:08 (UTC+04:00)

Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” – “Qəbələ” oyunu “Qarabağ”ın heyətində 7 futbolçuda COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün 06.12.2020 tarixdə baş tutmayacaq.

AzNews.az xəbər verir ki, beləliklə, Premyer Liqada XII turun bütün qarşılaşmaları təxirə salınır.

Turun keçiriləcəyi tarixlə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.