Hulusi Akar Azərbaycanın “Bir Vətən Əməliyyatı”ndan danışdı

5 Dekabr 2020 19:11 (UTC+04:00)

“Qəhrəman Azərbaycan Ordusu “Bir Vətən Əməliyyatı”nı uğurla icra edərək Qarabağı 30 ildir davam edən erməni işğalından 44 gündə azad etdi”.

AzNews.az "Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilk milli helikopter mühərrikinin Dizaynı və İstehsalı Mərkəzinin açılış mərasimində bildirib.

Akar deyib ki, Azərbaycan müharibədə Türkiyənin yerli və milli silah sistemlərindən də istifadə edib.

"Bu gün yerli və milli silah sistemlərimizin həlledici təsirləri bütün dünyada müzakirə olunur və diqqətlə izlənilir", - deyə Akar bildirib.