Bakıda 17 mərtəbəli binada yanğın olub, 12 nəfər təxliyyə edildi

5 Dekabr 2020 20:43 (UTC+04:00)

Bakı şəhərinin Nizami rayonunda 17 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsindən damına qədər şaxta boyunca elektrik kabelləri 48 p.m yanıb.

FHN-dən AzNews.az-a bildirilib ki, yanğın zamanı 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.