Ermənistan müxalifəti Paşinyana 3 gün vaxt verdi

5 Dekabr 2020 21:26 (UTC+04:00)

Ermənistanda aksiyalarını davam etdirən müxalifət baş nazir Nikol Paşinyana ultimatum göndərib.

AzNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan Paşinyanın dekabrın 8-i günortayadək istefa verməli olduğunu bildirib:

“Biz iki məsələni – Paşinyanın getməsinin günü və saatı, həmçinin, xalqın fiziki zorakılığa məruz qalmayacağına dair zəmanətləri müzakirə edəcəyik. Onun istefası xalqın tələbidir. Əgər göstərilən vaxtadək Paşinyan və komandası hakimiyyətdən getməsə, bütün Ermənistanda vətəndaş itaətsizliyi aksiyası başlayacaq. Getməsə, biz özümüz onu çıxaracağıq – nöqtə”.