Türkiyədə koronavirusla bağlı son vəziyyət

5 Dekabr 2020 22:25 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 196 nəfər dünyasını dəyişib, 6128 simptomatik olmaqla 31896 pasiyent COVİD xəstəsi kimi qeydiyyata alınıb.

AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 14,705-ə, yoluxanların sayı isə 533,198-ə çatıb.

Ümumilikdə 19 milyondan çox insan test olunub.