Rusiya FHN Qarabağa xilasedicilər qrupu göndərdi

6 Dekabr 2020 09:28 (UTC+04:00)

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağda humanitar missiyanın yerinə yetirilməsi üçün pirotexnika, kinoloqlar və psixoloqlar göndərib.

AzNews.az bildirir ki, bu barədə “TASS”a qurumun mətbuat xidmətindən məlumat verilib.

“Dekabrın 6-da Rusiyanın Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Moskvadan əlavə xilasedicilər qrupu ilə uçub. Toplu qruplaşma “Lider” Mərkəzinin kinoloqlarından, pirotexnika və dağ-mədən işçilərindən, rabitəçilərdən, Noginsk Xilasetmə Mərkəzinin mütəxəssislərindən, həmçinin psixoloqlardan formalaşdırılıb”, - FHN-in nümayəndəsi deyib.

Təyyarənin göyərtəsində Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin Qarabağda fəaliyyət göstərmələri üçün zəruri avadanlıq və üç sərnişin avtobusu da var.