İtaliya parlamentinin nümayəndələri Ağdama səfər edəcək

6 Dekabr 2020 09:43 (UTC+04:00)

İtaliya deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti bu gün Ağdam rayonuna səfər edəcək.

Bu barədə AzNews.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

İtaliyalı deputatlar işğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olacaqlar. Onları Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, digər deputatlar müşayiət edəcəklər.