Ermənistan xarici işlər naziri Moskvaya getdi

6 Dekabr 2020 14:49 (UTC+04:00)

Ermənistan xarici işlər naziri Ara Ayvazyan 6-7 dekabr tarixlərində Rusiya Federasiyasında işgüzar səfərdə olacaq.

AzNews.az bildirir ki, bu barədə Ermənistan xarici siyasət idarəsinin rəsmi feysbuk səhifəsində məlumat verilib.

Daha əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Ermənistan və Rusiya XİN başçılarının beynəlxalq və regional problemləri, ikitərəfli əlaqələrin bütün kompleksini müzakirə edəcəklərini bildirmişdi.