ANS-in tanınmış jurnalisti vəzifəsindən imtina etdi

7 İyun 2013 15:41 (UTC+04:00)
ANS-in Vaşinqton bürosunun rəhbəri, tanınmış telejurnalist Sevinc Osmanqızı BBC radiosunun Azərbaycan xidmətinin rəhbəri vəzifəsindən imtina edib.


Bu barədə BBC radiosunun Avropa bölümünün rəhbəri Jan Lederin bəyanatında məlumat verilib. Bəyanatda deyilir ki, mart ayında Sevinc Osmanqızına BBC Azərbaycan redaksiyasına rəhbər vəzifəsi təyin olunub və onun yaxın vaxtlarda BBC-də işə başlayacağı gözlənilirdi, lakin sonra tanınmış xanım jurnalist qərarını dəyişərək, bu vəzifəni qəbul etməkdən imtina edib.

Sevinc Osmanqızı iyunun 1-dən BBC-nin Azərbaycan xidmətinin baş redaktoru Deyan Radoyeviçi bu vəzifədə əvəz etməli idi. Xatırladaq ki, S. Osmanqızı 1994-2000-ci illərdə Londonda BBC radiosunun Azərbaycan redaksiyasında çalışıb.//qafqazinfo//

AzNews.az