Azərbaycanda indiyədək 1837001 koronavirus testi aparılıb

6 Dekabr 2020 16:09 (UTC+04:00)

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzNews.az-a verilən məlumata görə, ölkədə son sutka ərzində 19197 , hazırkı dövrədək isə 1837001 test aparılıb.