Rusiyadan Xankəndinə göndərilən humanitar yük Gəncəyə çatdırıldı

6 Dekabr 2020 18:11 (UTC+04:00)

Azərbaycan ilə müvafiq razılıq əsasında Rusiya tərəfindən Xankəndinə çatdırılması məqsədilə göndərilən humanitar yük bu gün Gəncə beynəlxalq hava limanına çatdırılıb.

AzNews.az xəbər verir ki, humanitar yardım müəyyən edilmiş Gəncə-Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil yolu ilə yola düşüb.