Xəzərin sahilində 20-yə yaxın suiti ölüsü aşkarlanıb

6 Dekabr 2020 19:12 (UTC+04:00)

Xəzər dənizinin Rusiya sahillərinə düşən hissəsində ölü suitilər aşkar edilib.

Bu barədə AzNews.az RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd olunub ki, Mahaçqala sahillərində 17 ölü suiti tapılıb. Videolar sosial şəbəkələrdə yayılıb.

Dağıstanın Təbii Sərvətlər və Ekologiya nazirinin müavini Azamat Hüseynbekov bildirib ki, suitilərin ölüm səbəbi aydınlaşdırılacaq və məlumatlar aidiyyəti şöbələrə veriləcək.

Rusiyanın əməkdar xilasedicisi Ziyavdin Nikomaqomedov isə bildirib ki, Mahaçqalanın sahilləri çox çirklidir və dənizə axıdılan sular təmizlənmir.