Bavariyada yenidən fövqəladə vəziyyət elan edildi

6 Dekabr 2020 22:56 (UTC+04:00)

Almaniyanın cənubundakı Bavariya federal torpağında yenidən fövqəladə vəziyyət elan edilib.

AzNews.az-ın məlumatına görə, bunu federal torpağın baş naziri Markus Zyeder deyib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət bölgədə yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilib.

Fövqəladə vəziyyət 8 dekabrdan tətbiq ediləcək və gələn ilin yanvar ayının 6-na kimi davam edəcək.