“Fənərbaxça”dan inamlı qələbə

6 Dekabr 2020 23:29 (UTC+04:00)

Futbol üzrə Türkiyə Super Liqasında 11-ci turun oyunları keçirilib.

AzNews.az xəbər verir ki, bazar günü daha üç qarşılaşma baş tutub.

“Fatih Karagümrük” doğma meydanda “Rizəspor”la, “Antalyaspor” isə “Ankaragücü” ilə oyundan qalib ayrılıb.

Son turda İstanbul derbisində “Beşiktaş”a məğlub olan “Fənərbaxça” isə bu tur “Dənizlispor”la səfər oyununda inamlı qələbəyə sevinib.

Türkiyə Super Liqası
11-ci tur
6 dekabr

Fatih Karagümrük – Rizəspor 2:1
Qol: Ndao, 15; 25 – Meriah, 20.

Antalyaspor – Ankaragücü 1:0
Qol: Yahoviç, 45+4.

Dənizlispor – Fənərbaxça 0:2
Qol: Sisse, 9. G.Gönül, 40.