Prezidentdən Orxan Sultanovla bağlı - Sərəncam

7 Dekabr 2020 20:54 (UTC+04:00)

Prezident İlham Əliyev Orxan Sedyar oğlu Sultanova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-polkovnik ali hərbi rütbəsi verilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Orxan Sultanov general-leytenant ali hərbi rütbəsini ötən ilin martında almışdı.