Yerevanda atışma oldu, yaralanan var

7 Dekabr 2020 23:43 (UTC+04:00)

Yerevanda Vazgen Sarkisyan adına hərbi universitetin yaxınlığında atışma olub.

AzNews.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Silahlı insident nəticəsində 1 nəfər yaralanıb. Hadisə yerinə yollanan polis avtomat və tapançadan atılmış 20-dən çox güllə aşkarlayıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.