ABŞ Çinin 14 deputatına sanksiya qoydu

7 Dekabr 2020 23:56 (UTC+04:00)

ABŞ Honkonq məsələsi ilə əlaqədar olaraq Çinin Milli Xalq Konqresinin 14 üzvünə sanksiya tətbiq edib.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sanksiyalar Honkonqun qanunverici orqan üzvlərinin istefası ilə əlaqədar qoyulub.

Məhdudiyyətlər ABŞ ərazisində siyahıya daxil olan əmlaka və bank vəsaitlərinə həbs qoyulmasını və Amerika vətəndaşları ilə biznes əlaqələrinin qurulmasını nəzərdə tutur.

Xatırladaq ki, sanksiyalarla bağlı hələ bundan əvvəl ABŞ mediasında xəbərlər yayılarkən Çinin Xarici İşlər Nazirliyi ABŞ-ı Honkonqla bağlı işlərə, Çinin daxili işlərinə qarışmamağa çağırmış, əks halda ölkənin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq üçün əks tədbirlər görəcəyi ilə hədələmişdi.