Maduro Rusiya peyvəndini almaq istəyir

8 Dekabr 2020 14:11 (UTC+04:00)

Venesuela Prezidenti Nikolas Maduro Rusiyanın “Sputnik V” peyvəndini almağa namizəddir.

AzNews.az xəbər verir ki, o, bu barədə Rusiyadan olan müşahidəçilər ilə görüşü zamanı bildirib.

“Ümid edirəm min və milyonlarla doza “Sputnik V” peyvəndi tezliklə Venesuelaya çatacaq”,- deyə Maduro bildirib.

Ölkə başçısı vaksinin uğurla sınaqdan keçdiyini vurğulayıb. Həmçinin o, 2021-ci ilin aprel-iyun aylarında Rusiyaya səfər etmək və Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istədiyini açıqlayıb.