“Xəstəxanalarda 919 hərbçi müalicə olunur”

8 Dekabr 2020 16:10 (UTC+04:00)

“Tibbi müəssisələrdə 919 hərbçi müalicəsini davam etdirir”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, bunu nəzərə alaraq vətəndaşlarımız səhiyyə sistemi üzərinə düşən yükün daha da artmaması üçün gigiyenik qaydalara əməl etməlidirlər.