Paytaxt yollarında sıxlıq müşahidə olunur

8 Dekabr 2020 18:00 (UTC+04:00)

Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bu barədə AzNews.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirir ki, Heydər Əliyev prospekti şəhər istiqamətində kənar yolda onlarla avtobus sıxlıqda qalıb.

Sıxlıq səbəbindən bütün istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranıb.