Bəzi şəxslərin polisin vəzifələrindən çıxış etməsi yolverilməzdir

8 Dekabr 2020 18:15 (UTC+04:00)

Sosial şəbəkələrdə özünü “təhlükəsizlik təəssübkeşi” kimi göstərən şəxslərin səsləndirdiyi fikirlər birmənalı qarşılanmır.

Bununla bağlı DİN Mətbuat xidmətindən AzNews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ayrı-ayrı şəxslərin dövlət qanunları ilə tənzimlənən polisin vəzifələrindən çıxış edərək müxtəlif paylaşımlar etməsi yolverilməzdir:

“Bir daha bildiririk ki, polis ona verilən hüquqlar çərçivəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Ölkədə ictimai asayiş etibarlı təmin olunur”.