“Putin orta yaşlı qadınların hesabına populyardır“

7 İyun 2013 18:40 (UTC+04:00)


Bütün dünya mətbuatı Rusiya prezidenti Vladimir Putinin həyat yoldaşından ayırılma xəbərlərini müzakirə edir. Qərb mətbuatı indi ən çox Putinin ikinci dəfə evlənib-evlənməyəcəyini yazır.

"The New York" Times yazır ki, Rusiya Pravoslav Kilsəsinin böyük nüfuzu olan dərin mühafizəkar ölkədir: "Putinin populyarlığı orta yaşlı qadınların hesabına qalır. Onun gənc xanımla evlənməsi həmin təbəqənin xanımlarına əzablı görünə bilər".

"Forbes" isə Putini Rusiya prezidenti I Pyotrla müqayisə edilir: " Putin də I Pyotrdan sonra bu vaxta qədər hakimiyyəti dövründə boşanan yeganə Rusiya lideridir".

AzNews.az