Tərtərdə müalicə aldığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlandı

9 Dekabr 2020 12:30 (UTC+04:00)

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzNews.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində koronavirus testi pozitiv çıxan və ev şəraitində müalicə təyin edilən rayon sakini Namiq Həsənli karantin qaydalarına zidd davranaraq şəhər ərazisində hərəkətdə olduğu zaman müəyyən edilərək saxlanılıb.

N.Həsənli polis əməkdaşlarının müşayiəti ilə müalicə aldığı ünvana geri qaytarılıb. Həmin şəxslə profililaktiki səpkidə söhbətlər aparılıb, karantin rejiminin tələblərinə riayət edilməsinin vacibliyi onun diqqətinə çatdırılıb.

Tərtər RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.