Azərbaycan yığmasının rəqibləri bəlli oldu

9 Dekabr 2020 14:15 (UTC+04:00)

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

AzNews.az xəbər verir ki, Miloş Velebitin baş məşqçilik etdiyi yığma Lüksemburq, Norveç və Belçika ilə birlikdə 3-cü qrupda yer alıb.

Seçmə mərhələdə hər qrupdan iki komanda və 4 ən yaxşı nəticəsi olan üçüncü yerin sahibi elit mərhələyə yüksələcək.

Niderland və İspaniya elit raunddan mübarizəyə qoşulacaq. Ev sahibi İsrail birbaşa 2022-ci ilin mayında keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Qarşılaşmalar 1 iyul - 16 noyabrda olacaq.