Rusiya Ermənistandan pomidor idxalını dayandırır

9 Dekabr 2020 14:30 (UTC+04:00)

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Ermənistanın Armavir vilayətindən pomidor və bibər idxalına müvəqqəti qadağa tətbiq edib.

AzNews.az-ın məlumatına görə, qərara həmin vilayətdə yetişdirilmiş tərəvəzlərdə Pepino mozaik virusunun aşkarlanması olub.

Qadağa dekabrın 14-dən qüvvəyə minəcək.