"Rusiyanın bu addımı təsadüfİ deyil" - Şərh

9 Dekabr 2020 17:00 (UTC+04:00)

Rusiyanin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) dekabrın 10-dan etibarən Azərbaycandan Rusiyaya pomidor və alma idxalını qadağan etdiyini açıqlayıb.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Rusiyanın bu addımının təsadüf hesab etmədiyini bildirib.

Siyasi şərhçi qeyd edib ki, ayın 10-u Azərbaycanda Zəfər paradı keçiriləcək. Bu məsələnin də məhz belə bir anda gündəmə gəlməsindən bəzi nəticələr çıxartmaq olar.

"Əvvəla, onu qeyd edim ki, qeyri-rəsmi məlumatlar da var. Təxminən iki gün öncə məlumat yayıldı ki, Rusiya tərəfi Azərbaycandan xahiş edib ki, Ermənistandan əsir, qənimət götürülmüş o texnikaların paradda nümayiş etdirilməsin. Çünki bu Rusiyanın silah bazarındakı mövqeyinə, imicinə ciddi zərbə vurur. Həm də təkcə müharibəni məğlub olan Ermənistan tərəfi deyil axı. Buraya onların arxasında duran, silahla təmin edən dövlətlər də daxildir. Bu məsələnin birinci tərəfidir.

İkinci məsələ,təxminən 150 milyondan söhbət gedir. Təkcə pomidor ixracı il ərzində ölkəyə 150 milyon dollardan çox gəlir gətirir. İndi isə məhsulların içərisində sağlamlığa zidd maddələr aşkar olunduğu açıqlanıb", - deyə Ə. Əlibəyli əlavə edib.

Ekspert sonda deyib ki, həmin addıma hardasa öz prizmalarından haqq qazandırmaq üçün Ermənistandan idxal olunan ədviyyatlara da qadağa qoyulub. Belə götürdükdə eyni məntiqdir. Necə ki, Azərbaycana Rusiya hakimiyyətinin münasibəti necədirsə, indiki Ermənistana onun münasibəti də elədir. Söhbət Paşinyan hakimiyyətindən gedir və ora da narazılıqları var.

Səidə

AzNews.az