Bakıda toy sahibi və 60 qonağı saxlanıldı

9 Dekabr 2020 16:45 (UTC+04:00)

Paytaxt ərazisində restoranların birində toy etmək istəyən şəxslər saxlanılıb.

AzNews.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsi (PB) əməkdaşları rayonu ərazisində “Xonça” restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısını alıb.

Məlumata görə, toy mərasiminin təşkilatçı və 60-a yaxın şəxs saxlanılaraq 31-ci Polis Bölməsinə gətiriliblər.

Hazırda karantini pozan həmin şəxslərin barəsində qanunauyğun olaraq tədbir görülür.

Araşdırmalar aparılır.