DTX əməkdaşları “YAŞAT” Fonduna 500 min manat köçürdü

9 Dekabr 2020 18:32 (UTC+04:00)

DTX əməkdaşları “YAŞAT” Fonduna dəstək olub.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən AzNews.az-a daxil olan məlumata görə, DTX əməkdaşları Azərbaycan Prezidentinin 08 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti köçürüb.