Qadına təcavüz etdi: diri-diri basdırıldı

7 İyun 2013 19:24 (UTC+04:00)


Hadisə paytaxt Lapazdan 333 kilometr aralıda yerləşən Colquechaca bölgəsindəki Queçea kəndində baş verib.

Paytaxt prokuroru Jose Luis Barriosun yerli mətbuata açıqlamasına görə, 17 yaşındakı Santos Ramos Leandra Arias Janqo adlı qadına təcavüz edərək öldürməkdə şübhələli bilindiyi üçün kəndlilərin qəzəbinə tuş gəlib.

Kəndlilər yolu bağlayaraq polisin kəndə girməsini əngəlləyiblər. Hadisə ilə əlaqədər 200 nəfər həbs edilib.

Elman
AzNews.az