Müdafiə Nazirliyi “YAŞAT” Fonduna vəsait köçürdü

9 Dekabr 2020 21:54 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin 08 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanına əsasən yaradılan “YAŞAT” Fonduna Müdafiə Nazirliyinin rəhbərliyi bir aylıq pul təminatının 50 % həcmində vəsait köçürüb.

AzNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.