Azərbaycan Premyer Liqasının təqvimini dəyişib

10 Dekabr 2020 11:30 (UTC+04:00)

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqası ilə bağlı qərarını açıqlayıb.

AzNews.az xəbər verir ki, qurum çempionatın təqvimində dəyişiklik edib.

AFFA və PFL-in Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubun rəhbər şəxsləri, eləcə də videokonfranslarda (7 və 9 dekabr) iştirak edən baş məşqçiləri ilə fikir mübadiləsi aparılıb. Hazırda klubların heyətində COVID-19 virusuna yoluxan futbolçuların olması, hazırlıq üçün müəyyən müddətin tələb olunması və digər məqamları nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimində aşağıdakı dəyişikliklərlə bağlı qərar qəbul edib.

Premyer Liqa
XII tur
20 dekabr

“Sabah” – “Neftçi”
“Keşlə” – “Səbail”
“Zirə” – “Sumqayıt”
“Qəbələ” – “Qarabağ”

XIII tur
24 dekabr

“Səbail” – “Qəbələ”
“Sumqayıt” – “Sabah”
“Neftçi” – “Keşlə”
“Qarabağ” – “Zirə”

XIV tur
21 yanvar

“Zirə” – “Qəbələ”
“Səbail” – “Neftçi”
“Sabah” – “Qarabağ
“Keşlə” – “Sumqayıt”

Azərbaycan Kuboku, 1/8 final mərhələsi
25 yanvar

“Səbail” - “Zaqatala”
“Turan Tovuz” - “Qəbələ”
“Sabah” - “Kəpəz”
“Qaradağ Lökbatan” - “Zirə”

“Qarabağ”ın 20 dekabr tarixdə “Qəbələ” ilə nəzərdə tutulan oyunu ilkin təqvimdə qeyd olunduğu kimi Qəbələdə baş tutacaq.

Ölkə çempionatının və kubokunun digər oyunları PFL-in təsdiq olunmuş təqvimi əsasında baş tutacaq.

Mövsümdən öncə hazırlanmış Əsasnaməyə Əlavə və Tibbi Protokol mövsümün sonuna kimi qüvvədədir. Heyətində sonuncu COVID-19 testinin nəticəsi pozitiv çıxmış 7 və daha çox futbolçu yer alan klubun oyunu təxirə salınacaq. Həmin oyunçular 14 günlük təcrid müddəti başa çatdıqdan və testinin nəticəsi neqativ çıxdıqdan sonra həkimlərin rəyi ilə məşqlərə və oyunlara çıxa bilər.

Heyətində yetərli futbolçu olmadığı üçün “Vilyarreal”la səfər qarşılaşmasına gedə bilməyən “Qarabağ”ın Avropa Liqası görüşü ilə bağlı daha üst qurumlar tərəfindən keçirilmə qərarı verilsə, “Qarabağ”ın yerli təqvim oyunu ilə bağlı dəyişiklik ediləcək.