Əriməyən şokolad istehsal ediləcək

7 İyun 2013 20:05 (UTC+04:00)


"Mondelez İnternational" şirkətlər qrupuna daxil olan "Cadbury", yaxın zamanda yüksək temperatura davamlı olan şokolad istehsal edəcək. ANS PRESS-in məlumatına görə, yeni şokolad, ilk növbədə Afrikada satış üçün nəzərdə tutulub.

"Mondelez İnternational" şirkətinin prezidenti Lourens Makduqqal şokoladın tərkibini gizli saxlayıb. Yeni məhsulunun adı da hələlik bilinmir. "Şokolad 40 dərəcə istidə belə əriməyəcək. Layihəni biz keçən il patentləşdirmişik və hal-hazırda məhsulu daha da mükəmmələşdiririk", - deyə prezident Lourens əlavə edib.

AzNews.az