Türkiyədə keçirilən Gəzi parkı aksiyalarının 11-ci günündə Taksim meydanında cümə namazı qılınıb. Cümə namazını iki gün əvvəl Taksimdə aksiyaçılara əhya gecəsi ilə bağlı qida və şirniyyat paylayan antikapitalist müsəlmanlar platformu təşkil edib. Yerli mətbuatın yaydığı xəbərə görə, meydanda əvvəl azan, sonra isə moizə oxunub. Moizədə İslam dininə görə, ekologiyanın əhəmiyyətindən danışılıb və hökumətin plartforma görə bu istiqamətdə səhv siyasəti tənqid edilib.
Qeyd edək ki, meydanda – açıq havada qılınan cümə namazından sonra ölən aksiyaçılar və Adanada ölən polis üçün cənazə namazı qılınıb.