İngiltərədən sonra Kanada da təsdiqlədi

10 Dekabr 2020 18:21 (UTC+04:00)

Kanadada türk həkimlər Uğur Şahin ilə xanımı Özlem Türecinin ixtira etdiyi vaksinin vurulması təsdiqlənib.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Dekabrın 2-də “Pfizer” və “Biontech” şirkətləri ilə müqavilə bağlanıb və peyvəndin tətbiqi bir neçə gün sonra reallaşacaq. Bununla da, Kanada İngiltərədən sonra vaksinin vurulmasına başlayan ikinci ölkə olacaq.

İlkin mərhələdə ölkəyə 249 min doz, gələn ilin martına kimi ümumilikdə 4 milyon doz peyvənd ixracı nəzərdə tutulub.