Almaniyada rekord yoluxma

10 Dekabr 2020 19:23 (UTC+04:00)

Almaniyada son 24 saatda koronavirusa rekord yoluxma faktı qeydə alınıb. Belə ki, 23 min 679 nəfərə “COVID-19” diaqnozu qoyulub.

AzNews.az xəbər verir ki, bu rəqəm epidemiyanın başlanğıcından bu günədək ölkədə açıqlanan gündəlik ən yüksək say olub.

Almaniyada ümumilikdə xəstəlik sayı 1 milyon 242 min 203-ə yüksəlib, 20 min 372 nəfər vəfat edib.