İrəvanda aksiyalarda 29 nəfər saxlanıldı

10 Dekabr 2020 19:36 (UTC+04:00)

İrəvanda hökumət əleyhinə aksiyalar zamanı 29 nəfər saxlanılıb.

AzNews.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a polisin mətbuat xidmətinin əməkdaşı Zarzand Gabrileyan məlumat verib.

“Əldə etdiyim son məlumata görə, 29 vətəndaş saxlanılıb”,- deyə Qabrileyan qeyd edib.

Ancaq bu rəqəmin arta biləcəyi ehtimal olunur.

Qeyd edək ki, etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edərək hökumət binasının qarşısına toplaşmışdılar.