“Çin Rusiyadan daha təhlükəlidir” – ABŞ kəşfiyyatı

10 Dekabr 2020 20:09 (UTC+04:00)

“Çin ABŞ-ın milli təhlükəsizliyi üçün Rusiyadan daha böyük təhdid törədir. Xüsusən kosmosda bizim peykləri məhv edə bilmək üçün hazırlanan proqramları təhlükəlidir”.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Kəşfiyyat Xidmətinin direktoru Con Retklif söyləyib.

Retklif Rusiyanın da analoji sistemlər yaratmasına baxmayaraq, onların texniki baxımdan mükəmməl olmadığını əlavə edib.