Bundan sonra Türkiyəyə yalnız şəxsiyyət vəsiqəsi ilə gedəcəyik

10 Dekabr 2020 20:43 (UTC+04:00)

Azərbaycan və Türkiyə vətəndaşları bundan sonra viza sənədi və xarici pasport olmadan hər iki ölkəyə səyahət edə biləcəklər.

AzNews.az xəbər verir ki, bununla bağlı Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Mövlud Çavuşoğlu protokol imzalayıb.

Yaxın zamanda ölkələr arasında gediş-gəliş yalnız şəxsiyyət vəsiqəsi ilə mümkün olacaq.