Mənzildən qadın meyiti tapıldı

10 Dekabr 2020 21:08 (UTC+04:00)

Bakılda mənzildən qadın meyiti tapılıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Müraciətlə əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu təcili xilasetmə tədbirlərinin görülməsi üçün həmin ünvana cəlb olunub. Təlimata uyğun həyata keçirilən tədbirlər nəticəsində giriş qapısı açılıb və mənzilə baxış keçirilib.

Mənzildə aşkarlanan 1974-cü il təvəllüdlü Səfərova Mətanət Tofiq qızının meyiti aidiyyəti üzrə təhvil verilib.