Şamaxı və Samux sakinlərindən silah götürüldü

11 Dekabr 2020 13:30 (UTC+04:00)

Şamaxı və Samux rayon sakinlərində silah aşkarlanılıb.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Şamaxı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabir qəsəbəsi ərazisində İ.Əliyevdən müvafiq sənədləri olmayan “Stoeger” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa, Samux RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qovlarsarı kənd sakini M.Əsədovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.