Azərbaycanda daha bir kəndin adı dəyişdirilir

11 Dekabr 2020 14:00 (UTC+04:00)

“Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.

AzNews.az-ın əldə etdiyi məlumata görə, layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.