Fransa prezidenti yaponlarla çinliləri səhf saldı

7 İyun 2013 21:14 (UTC+04:00)


Fransa prezidenti Fransua Olland Tokioya ilk rəsmi səfəri zamanı böyük səhvə yol verib. O çıxışı zamanı yaponlarla çinliləri səhv salıb. Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşündən sonra mətbuat konfransına qatılan prezident çıxışı zamanı yaponları çinlilər adlandırıb.

Dövlət başçısı səhv etdiyini anlamasa da, tərcüməçi sinxron tərcümə zamanı onun çıxışına düzəliş edib. Lakin konfransda olan yapon jurnalistlərdən bəzisi fransız dilini bilib. Yaponiya mətbuatı bu hadisəni dərc edərək prezidentin hərəkətini hörmətsizlik kimi qiymətləndirib.

AzNews.az